Bakıda avtoyuma məntəqəsindən maşın oğurlandı - FOTOLAR
(7-08-2025, 13:00)

Bakıda avtoyuma məntəqəsindən avtomobil oğurlanıb.

dovrunnabzi.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki 2528-ci məhəllədə yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Bildirilib ki, sahibi "Hyundai" markalı avtomobilini yuyulması üçün məntəqə işçisinə təhvil verib. Bir neçə saat sonra avtomobili məntəqədən götürmək istədikdə, avtomobilin qaçırıldığı məlum olub. Məntəqə işçisi avtomobili yuduqdan sonra məntəqənin yanında saxladığını deyib. Araşdırmalar nəticəsində məlum olub ki, nəqliyyat vasitəsi oğurlanıb.

Avtomobilin oğurlanması ilə bağlı Nizami rayon Polis İdarəsinə məlum verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Polis hadisənin təfərrüatları və şübhəli şəxslərin kimliyi müəyyənləşdirilməyə çalışılır.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 13

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930