TƏCİLİ: Moskvadan uçan təyyarə SOS siqnalı verdi
(7-08-2025, 11:00)

Moskvadan Soçiyə uçan "Ural Hava Yolları"na məxsus sərnişin təyyarəsi bortda fövqəladə vəziyyət siqnalı verib.

dovrunnabzi.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, ekipaj ciddi texniki nasazlıqla bağlı beynəlxalq fövqəladə vəziyyət kodu olan 7700 siqnalını ötürüb.

"Flightradar" xidmətinin məlumatına əsasən, təyyarə 10 min metr hündürlükdə olmasına baxmayaraq, cəmi 280 km/saat sürətlə hərəkət edib ki, bu da normal göstəricidən xeyli aşağıdır. Lakin mənbə bildirir ki, bəzi hallarda bu servisin məlumatları yanlış ola bilər.

"Ural Hava Yolları"ndan verilən açıqlamaya görə, bortda təhlükəsizlik sisteminin siqnalı işə düşüb və bu səbəbdən uçuşu davam etdirmək mümkün olmayıb. Ekipaj ehtiyat hava limanına enmək qərarı verib və təyyarə "Həştərxan" hava limanında uğurla eniş edib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 11

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930