30 illik maneələr arxada qaldı – Transxəzər layihəsi reallığa çevrilir
(6-08-2025, 12:00)

"Transxəzər addım-addım reallığa çevrilir. Avropa ilə Asiyanı birləşdirəcək, Xəzərin dibi ilə çəkiləcək Fiber-Optik Kabel Xətti üzrə 380 km-lik marşrutun keçəcəyi ərazinin araşdırılmasına başlanılıb".
dovrunnabzi.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib.

Ekspert qeyd edib ki, son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olsa da, artıq bu maneələr geridə qalıb:
"Bu işi həyata keçirən "Türkan" gəmisi dənizdə rəqəmsal kabel xəttinin çəkiləcəyi sahədə sualtı relyefin, torpaq quruluşunun və texniki şəraitin öyrənilməsini reallaşdıracaq.
Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Gəmi müasir cihazlarla təchiz olunmuş xüsusi tədqiqat və texniki mühəndislik gəmisidir və araşdırmalar 4 həftəyə qədər davam edəcək.
Transxəzərə texniki nəzarət və məsləhətçi funksiyasını ABŞ-ın "Pioneer Consulting" şirkəti icra edir. Bütün bunlardan sonra isə yalnız bir əsas iş qalır: kabelin dəniz dibi ilə çəkilişinə start veriləcək.
Son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olub. Hazırda görünən odur ki, Azərbaycan və Qazaxıstan, Azertelecom və Kazakhtelecom bu nəhəng layihənin reallığa çevrilməsinə xeyli yaxınlaşıblar.
Layihə Azərbaycanın rəqəmsal tranzit ölkəyə, həmçinin regional data və texnoloji mərkəzə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 12

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930