Polisə yaxalanmamaq üçün özünü dənizə atdı
(5-08-2025, 13:30)

Türkiyənin Samsun şəhərinin Atakum rayonunda qeyri-adi hadisə yaşanıb.

dovrunnabzi.az xəbər verir ki, iğtişaş törətdiyi bildirilən şəxs polisdən qaçmaq üçün dənizə atılıb.

Polis əməkdaşlarının uzun müddət onu sahilə çıxmağa razı salmaq cəhdlərinə baxmayaraq, şəxs dənizdə qalmağa davam edib.
Hadisə Atakum rayonunun Yenimahalle sahilində baş verib. İddialara görə, ərazidə iğtişaş törədən şəxs ətrafdakıların xəbərdarlığı ilə hadisə yerinə gələn polisdən qaçmağa başlayıb. Qaçarkən o, birbaşa dənizə girərək uzaqlaşmağa cəhd edib.
Polis qrupları sahildə onu müşahidə edərək razı salmağa çalışsalar da, şəxs çağırışlara cavab verməyib və dənizdə qalmağa davam edib. Lakin bir müddət sonra yorulan şəxs könüllü şəkildə sahilə çıxaraq polisə təslim olub.
Hadisə anbaan mobil telefon kameraları ilə qeydə alınıb və sosial mediada geniş yayılıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 43

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930