Enerji içkiləri bu xəstəliklərə səbəb olur
(4-08-2025, 13:30)

Bu barədə diyetoloq, psixoterapevt, professor Mixail Qinzburq məlumat verib.
"Enerji içkiləri üç əsas istiqamətdə təhlükə yaradır: ürək-damar və sinir sisteminə, həmçinin maddələr mübadiləsinə mənfi təsir göstərir, şəkərli diabetin inkişaf riskini artırır. Onlar xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Yeniyetmələrin ürək-damar sistemi hələ tam formalaşmayıb və buna görə də, enerji içkilərinə qeyri-adi dərəcədə kəskin reaksiya verə bilərlər - məsələn, ürək döyüntüsünün sürətlənməsi və təzyiqin yüksəlməsi. Ürək-damar sistemi üçün belə təsir kifayət qədər ciddi ola bilər", - deyə Qinzburq izah edib.
Enerji içkilərində yüksək miqdarda şəkər olduğu üçün onların həddindən artıq istifadəsi də təhlükəlidir.
"Qida rasionunda şəkərin həddindən artıq olması qocalmanı sürətləndirir və şəkərli diabet, ateroskleroz kimi maddələr mübadiləsi xəstəliklərinə, həmçinin ağız boşluğu problemlərinə səbəb ola bilər. Enerji içkilərindəki şəkər orqanizm tərəfindən sürətlə sorulur və bu da onun zərərli təsirini daha da artırır. Kofeinin beyin fəaliyyətinə təsiri nəticəsində isə insanlarda narahatlıq hissi və yuxusuzluq yarana bilər", - ekspert bildirib.
Qeyd edək ki, mütəxəssislər dörd və daha çox banka enerji içkisi qəbul etməyin ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Ana səhifəyə qayıt
Oxunub: 53
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 09:30
03-09-2025 16:30
03-09-2025 13:00
03-09-2025 12:30
Ən çox baxılanlar
Seçilənlər