Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib
(2-08-2025, 12:30)

18 yaşı tamam olmamış şəxslərin adının, eləcə də soyadının dəyişdirilməsi isə onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.
Ölkəmizdə ad, soyad və ata adını dəyişdirmək istəyənlərin sayı da çoxdur.
dovrunnabzi.az xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində qeydiyyat orqanları tərəfindən 218 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi rəsmiləşdirilib.
Ad, soyad və ata adını dəyişdirmək üçün hara müraciət etmək lazımdır?
Bunun üçün vətəndaşlar ASAN xidmətə, ölkədə daimi yaşayan vətəndaş isə yaşayış yeri üzrə isə konsulluğa müraciət etməlidir.
Uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə razılığı əsasında icazə verilir. Razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bu zaman hər bir halda uşağın mənafeyini nəzərə alınır və 10 yaşı tamam olmuş uşaqdan onun fikri soruşulur.
Ad, soyad və ata adını dəyişdirmək üçün dövlət rüsumu 15 manatdır.
Ana səhifəyə qayıt
Oxunub: 43
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 09:30
03-09-2025 16:30
03-09-2025 13:00
03-09-2025 12:30
Ən çox baxılanlar
Seçilənlər