"Qabil Məmmədov ölkəyə gətiriləcək, cəzasını da çəkəcək"
(31-07-2025, 09:30)

"Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun respublikaya gətirilməsi mütləq baş tutacaq. Birinci növbədə bu, beynəlxalq qanunlar çərçivəsində öz həllini tapacaq. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır, heç bir ölkənin cinayətkarları Azərbaycanda gizlədilmir. Ona görə də, vaxtilə ölkəmizdə cinayət törədən, bu gün gedib digər ölkələrə sığınanlar Azərbaycana təhvil veriləcəklər”.
Bunu dovrunnabzi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı Azərbaycanın tələbi beynəlxalq hüquqa söykənir:
“Məlumdur ki, Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluğa çağırılıblar. Eyni zamanda ötən gün artıq Qabil Məmmədovla bağlı məhkəmə qərarı ictimaiyyətə açıqlandı - ona 16 il şifahi həbs cəzası verildi.
Heç kim hüquqdan qaça bilməz, cinayət törədib, gedib haradasa gizlənə bilməz. Onlar haqlı olaraq öz cəzalarını alacaqlar. Qabil Məmmədovun dələduzluq və digər cinayətləri təsdiqlənib, o, ölkəyə gətiriləcək və öz cəzasını da çəkəcək”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 27

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930