Övladlarını gec məktəbə göndərən valideynlərə çağırış
(30-07-2025, 18:00)

dovrunnabzi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə bildirib.
O qeyd edib ki, 8 yaşını tamamlayan uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsil alırlar:
“Bu isə onların sosiallaşma imkanlarından, birlikdə öyrənmə mühitindən və məktəb mühitinin əsas üstünlüklərindən məhrum olmasına gətirib çıxara bilər. Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində müəyyən yaş çərçivəsində təşkil olunur və həftədə 4 gün keçirilir. Bu formaya əsasən ibtidai təhsildə fərdi təhsilə 9-15 yaşlı uşaqlar cəlb olunur. Ümumi orta təhsil səviyyəsində isə VIII sinfi bitirmiş şagirdlər eksternat qaydasında imtahan verərək attestat ala bilərlər. Uşaqların təhsilə vaxtında başlaması onların intellektual, sosial və emosional inkişafı üçün olduqca əhəmiyyətlidir. Erkən başlayan təhsil daha səmərəli nəticələr verir", - deyə o söyləyib.
Ana səhifəyə qayıt
Oxunub: 39
Xəbəri paylaş
Xəbər lenti
03-09-2025 16:30
03-09-2025 13:00
03-09-2025 12:30
Ən çox baxılanlar
Seçilənlər