Şahin Şıxlinskinin oğlu barəsində həbs qərarı qüvvədə saxlanılıb
(30-07-2025, 17:00)

Məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
Bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
"Şıxlinski instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. İş materialları ilə tanış olan və tərəflərin fikirlərini dinləyən Sverdlovsk Vilayət Məhkəməsi Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsinin qərarını dəyişməz saxlayıb. M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq", - məlumatda qeyd olunub.
Qeyd edək ki, iyulun 16-ı Mutvali Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib. Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmə M. Şıxlinskini sentyabrın 14-ə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 10

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930