Ayağını çölə çıxardı - sürücü və sərnişin polisə çağırıldı
(30-07-2025, 15:00)

Bir sıra media resurslarında "Mercedes" markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən olunaraq dəvət ediliblər.
Bildirilib ki, onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu kimi məsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eyni zamanda digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün təhlükə yaradır. Qanunvericiliyin tələblərinə yalnız sürücülər deyil, sərnişinlər də əməl etməli, hər bir yol hərəkəti iştirakçısı şəxsi təhlükəsizliyinə biganə yanaşmamalıdır", - deyə məlumatda qeyd edilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930