"Arvadımla qızımı təhdid edirlər" - SENSASİON AÇIQLAMA
(30-07-2025, 14:00)

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel diqqətçəkən açıqlamalar verib.
dovrunnabi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Özgür Özel jurnalistlərin "Təhdidlər alırsınız?" sualına belə cavab verib:
"Alıram, həbs olunanlar var. Təbii ki, dövlətin də bizim barəmizdə mühafizə qərarı var. Amma həyat yoldaşım və qızıma hədə-qorxu gəlirlər. Onların arasında artıq həbs olunanlar var. Təhdidlər gəlir, müvafiq tədbirlər görülür".
CHP sədri Silivri Həbsxanasında saxlanılan keçmiş sədr Əkrəm İmamoğlunun prezidentliyə namizədliyindən də danışıb.
"Əkrəm İmamoğlu rəsmi seçki qərarı verilənə və namizədlik üçün müraciət zamanı gələnə qədər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədidir. Çünki namizədi dəyişmək artıq namizədin də əlində deyil. 15,5 milyon insan gəlib səs verdi. Bu 15,5 milyon insanı təhlil etdikdə görürük ki, heç vaxt CHP-nin qapısından belə keçməmiş insanlar CHP-nin lehinə səs veriblər. Əkrəm İmamoğlu o insanların namizədidir və biz son ana qədər İmamoğlunun namizədliyini təmin etmək üçün bütün hüquqi və siyasi şərtləri sıxışdıracağıq”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 8

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930