Bakıda məsciddə kişi yatdığı yerdə öldürüldü- FOTO
(28-07-2025, 18:00)

İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl törədilib.

dovrunnabzi.az xəbər verir ki, gecə saat 04 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb.

Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin olduğu və tərəflər arasında hadisədən bir qədər əvvəl şəxsi münasibətlər zəminində mübahisənin yarandığı bildirilir.

Qətlə yetirilən N.Səfərovun Bülbülədə hörmətli şəxs olduğu, xeyriyyəçi kimi tanındığı qeyd edilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 9

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930