Putinin gizli keçmişi üzə çıxdı – SSRİ-də filmlərdə kaskadyor olub
(28-07-2025, 17:30)

Rusiya Prezidenti Vladimir Putinin gənclik illərində maraqlı və geniş ictimaiyyətə məlum olmayan fəaliyyət sahəsi ortaya çıxıb.

dovrunnabzi.az xəbər verir ki, məlum olub ki, o, 1970-ci illərdə sovet filmlərində kaskadyor kimi çıxış edib.
Bu məlumat hələ 2017-ci ildə “Dojd” telekanalında yayımlanan “Piterlilər” adlı sənədli serialda səsləndirilib. Serialda bildirilir ki, Vladimir Putin dostları ilə – sambo idman növü ilə məşğul olan gənclərlə birlikdə bir neçə filmdə çəkilib. O dövrdə SSRİ-də kaskadyorlar çox zaman məhz idman bölmələrindən seçilirdi.
Putinin yaxın dostu və “Vladimir Putinlə birlikdə cüdo öyrənirik” kitabının müəlliflərindən biri olan Vasili Şestakovun sözlərinə görə, onlar birgə “Blokada”, “İjorski batalyonu” və daha bir filmə çəkiliblər: “Bizə yaxşı pul verirdilər – o dövrdə bu pulla restorana getmək mümkündü”, – deyə Şestakov xatırlayıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930