Azərbaycanlı dostların Bali əməliyyatı: 19 min dollarlıq qarət
(28-07-2025, 17:00)

İndoneziyanın Bali adasında yerləşən Kuta şəhərində baş verən qarət hadisəsinə görə bir nəfər saxlanılıb.
dovrunnabzi.az xəbər verir ki, Operativ Media-nın məlumatına görə, Kuta Polis Bölməsinin apardığı istintaqa əsasən, qarətdə şübhəli bilinən şəxs 35 yaşlı Azərbaycan vətəndaşıdır.
İstintaq nəticəsində müəyyən olunub ki, şübhəli hadisəni təkbaşına törətməyib. O, hazırda axtarışda olan dostu ilə birlikdə bu cinayəti törədib.
“Şübhəlilər əvvəlcə zərərçəkəni boğaraq və zərərsizləşdirərək hərəkətsiz hala salıblar. Daha sonra masanın üzərində olan təxminən 19.000 ABŞ dolları məbləğində pulu götürərək hadisə yerindən qaçıblar”.
Polisin bildirdiyinə görə, şübhəli şəxslər bu əməli gündəlik ehtiyaclarını qarşılamaq üçün törədiblər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 36

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930