Zelenskinin imicini dəyişən sirr açıldı – həyat yoldaşı israr edib
(28-07-2025, 16:30)

Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi tədbirlərdəki geyim tərzinin dəyişməsi ictimaiyyətin diqqətini çəkib.

dovrunnabzi.az xəbər verir ki, bu dəyişikliklərin arxasında prezidentin həyat yoldaşı Yelena Zelenskayanın dayandığı üzə çıxıb.
Bu barədə məlumatı tanınmış dizayner Viktor Anisimov “Telegraf” nəşrinə verdiyi müsahibədə açıqlayıb. Onun sözlərinə görə, məhz birinci xanımın təşəbbüsü ilə prezidentin geyim üslubu yenilənib. Anisimov bildirib ki, Yelena Zelenskaya rəsmi çıxışlar və görüşlər üçün daha klassik, zövqlü və dövlət başçısına uyğun obraz formalaşdırmağa xüsusi önəm verib.
Xatırladaq ki, Zelenski müharibə dövründə hərbi tərzdə – zeytun rəngli köynəklərdə və sadə üslubda çıxışları ilə tanınırdı. Son zamanlar isə onun daha rəsmi və dəbli görünməsi sosial mediada müzakirələrə səbəb olub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 47

Xəbər lenti