ABŞ ilə Çin arasında YENİ RAZILAŞAMA: 90 gün...
(28-07-2025, 16:00)

Çin və ABŞ İsveçdəki danışıqlarda tarif atəşkəsini daha 90 gün uzadacaq.

dovrunnabzi.az xəbər verir ki, məlumatı mənbələrə istinadən South China Morning Post (SCMP) agentliyi yayıb: “Pekin və Vaşinqtonun Stokholmdakı ticarət danışıqlarında tarif atəşkəsi daha üç ay uzadacağı gözlənilir”.
Agentliyin yazdığına görə, fasilənin uzadılmasına baxmayaraq, kompromis tapılmasında irəliləyiş gözlənilmir. İyulun 22-də ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, ABŞ Çinlə tariflərin yüngülləşdirilməsi müddətinin uzadılması ilə bağlı danışıqlar aparmağa çalışacaq. Beləliklə, Vaşinqton və Pekin iyulun 28-29-da Stokholmda görüşəcək və burada tərəflər sazişin mümkün uzadılması üzərində işləyəcəklər.
Eyni zamanda, iyulun 21-də Bessent Çini Rusiya neftinin alınmasına görə 100 faiz rüsum tətbiq etməklə hədələyib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 32

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930