Trampın Putinə təklifləri avstriyalı naziri özündən çıxardı
(28-07-2025, 14:00)

Almaniyanın “Welt” nəşrinə müsahibəsində Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer Rusiya ilə bağlı sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, ABŞ-də hakimiyyətə qayıtdıqdan sonra Donald Tramp müharibəni bitirmək üçün mahiyyət etibarı ilə Vladimir Putinə Krım da daxil olmaqla Ukraynanın beş regionunu, habelə Ukraynanın NATO-ya üzvlüyünə qadağanı “hədiyyə etdi”: “Lakin Putin bu fürsəti rədd etdi”.
Ukraynada atəşkəs haqqında razılaşmanın nə vaxt əldə oluna biləcəyinə dair sualam cavabında nazir Putinin müharibəni bitirmək istəmədiyinə əmin olduğunu bildirib. Onun fikrincə, əks halda bununla bağlı real danışıqlara artıq başlanardı: "ABŞ prezidenti Tramp Krımı və bir neçə şərq regionunu gümüş nimçədə Putinə verdi, belə demək mümkünsə, Ukraynanın NATO-ya üzvlüyünü də istisna etdi. Bəs Putin nə edir? O, ölkəyə qarşı məhvetmə müharibəsini davam etdirir".
Eyni zamanda, o, Rusiyanın cəbhədə impuls əldə etməsinə dair Avropada yayılan mövqeyə şübhə ilə yanaşıb: "İmpuls? Əmin deyiləm. Rusiya böyük itkilər verir. Nə vaxtsa Rusiyada yığılan tabutlar problemi başlayacaq. Buna fəlakətli iqtisadi vəziyyəti də əlavə edin. Kreml üçün bu müharibəni davam etdirmək getdikcə çətinləşir. Putin bilir ki, vaxt daralır. Ona görə də müharibəni belə amansız intensivliklə aparır".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 34

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930