Rusiyada matəm elan olundu - VİDEO
(26-07-2025, 17:00)

dovrunnabzi.az xəbər verir ki, Rusiyanın Saratov şəhərində çoxmərtəbəli binada baş vermiş güclü qaz partlayışından sonra 26 iyul rəsmi matəm günü elan edilib.
“İzvestiya”nın müxbiri Vladislav Xarçenkonun məlumatına görə, dağıntılar ərazisində xüsusi texnikaların işi tamamlandıqdan sonra xilasedicilər fənərlərlə binanın daxilini yoxlayır, qruplar mənzillərə daxil olaraq sağ qalanların olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.
Fövqəladə vəziyyətlə əlaqədar olaraq Saratov vilayətinin qubernatoru Roman Busarqin iyulun 26-sını rəsmi matəm günü elan edib. Hadisənin dəqiq səbəbləri araşdırılır. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.
Qubernator bildirib ki, şənbə günü bölgədə, Saratov vilayəti və bələdiyyələrdə bayraqları endiriləcək.
Rəsmi qurumlar tərəfindən hadisə ilə bağlı ictimaiyyətə mütəmadi məlumatlar təqdim olunur. Axtarış-xilasetmə işləri davam etdirilir. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 10

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930