İrəvanda leysan fəlakəti: Küçələr su altında qaldı - VİDEO
(26-07-2025, 09:30)

dovrunnabzi.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, güclü leysan yağışları İrəvan şəhərində ciddi fəsadlara səbəb olub.
Şəhərin bir çox küçələri su altında qalıb, avtomobillər hərəkət edə bilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə maşınların suyun içində ilişib qaldığı, bəzi sürücülərin nəqliyyat vasitələrini tərk edərək piyada xilas olmağa çalışdığı əks olunub.
Yerə düşən yağıntının miqdarı qısa müddətdə normanı xeyli üstələyib. Hazırda şəhər kommunal xidmətləri küçələrdə yığılan suyu çəkmək və nəqliyyatın hərəkətini bərpa etmək üçün işlərə başlayıb.
Ermənistanın Hidrometeorologiya İdarəsi yaxın saatlarda da İrəvanda yağışların davam edəcəyini bildirib. 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 26

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930