Pirşağıda kişi dənizdə batıb
(25-07-2025, 14:30)

Pirşağıda bu gün səhər saatlarında kişi dənizdə batıb.
dovrunnabzi.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 50-55 yaşlı kişi üzmək üçün dənizə girib və geri qayıtmayıb:
“Az əvvəl gözümüzün önündə yaşlı bir kişi dənizə girdi və bir daha çıxmadı. Pirşağı çimərliyi hazırda mina sahəsinə çevrilib – sahilə girən hər kəs ölümlə üz-üzədir. Su birdən-birə dərinləşir, dibi sürüşkən və qeyri-bərabərdir. Amma heç bir yerdə xəbərdarlıq lövhəsi yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 42

Xəbər lenti