60 min insan internetsiz qaldı - SƏBƏB... - FOTO
(25-07-2025, 17:30)

ABŞ-da daha çox istifadə edilən, İlon Maskın peyk internet xidməti Starlink internet xidmətinin bütün dünyada sıradan çıxdığı bildirilir. Bağlantı problemləri istifadəçilər tərəfindən X və Reddit kimi platformalarda bildirilib, bundan sonra şirkət açıqlama verib.

dovrunnabzi.az xəbər verir ki, kəsinti barədə xəbər ilk dəfə DownDetector platformasında qeydə alınıb. Qısa müddətdə bildirişlərin sayı sürətlə artaraq, təxminən 60.000 istifadəçiyə təsir edən səviyyəyə çatıb.

İstifadəçilər yaşadıqları problemləri xüsusilə sosial media və nasazlıq bildirən saytlarda dilə gətiriblər.

DownDetector-da paylaşılan istifadəçi rəylərinə görə, ABŞ-da kəsilmənin təsirinə məruz qalan ərazilərə Merilend və Vaşinqton DC, Şimali Kaliforniya, mərkəzi Texas kəndi və şərq-mərkəzi İndiana daxil olmaqla bir neçə fərqli yer daxildir.

X-də problemlə bağlı paylaşım edən istifadəçilər Avropada Starlink-ə girişdə də problemlərin olduğunu bildiriblər.

Starlink-in rəsmi saytında qeyd edilib ki, hazırda xidmətdə fasilə yaranıb və komanda vəziyyəti araşdırır. Lakin kəsilmənin səbəbi və nə vaxt bitəcəyi ilə bağlı dəqiq izahat verilməyib. 



шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 18

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930