İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib
(19-07-2025, 17:30)

İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib 

İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib 
Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb.
 
dovrunnabzi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib. “Təəssüf ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?”, - Prezident vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın tələbləri tamamilə təbiidir: “Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək”, - Prezident İlham Əliyev bildirib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930