Prezident İlham Əliyevdən Ukraynaya açıq mesaj: “Heç vaxt işğalla barışmayın!”
(19-07-2025, 15:30)

Xankəndidə keçirilən III Qlobal Media Forumunda Prezident İlham Əliyev Ukrayna ilə bağlı mühüm açıqlama verib.
dovrunnabzi.az xəbər verir ki, Forumda iştirak edən Ukraynanın tanınmış jurnalisti Dmitri Qordon dövlət başçısına sual ünvanlayıb: “Ukrayna sizcə nə etməlidir, bizə nə tövsiyə edərdiniz?”
Prezident İlham Əliyev bu suala qətiyyətli şəkildə cavab verib:
“Heç vaxt işğalla barışmayın, heç bir halda təslim olmayın!”
Dövlət başçısının bu fikri Azərbaycan xalqının 30 ilə yaxın işğala qarşı apardığı mübarizənin və 44 günlük Vətən müharibəsində qazandığı zəfərin real təcrübəsinə söykənir. İlham Əliyev suala cavabında bu barədə geniş danışıb və mümunələr göstərib.
Qeyd edək ki, III Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən yüzlərlə jurnalisti və ekspertləri bir araya toplayıb. Prezident İlham Əliyev tədbirdə iştirak edən yerli və xarici media nümayəndələrinin suallarını şəxsən cavablandırır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 11

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930