Bakıda məmur yalanı: “Abadlıq işləri aparılır”- FOTOFAKT
(14-07-2025, 18:00)

7 il əvvəl bir məhkəmə işi ilə bağlı Nizami Rayon Məhkəməsinə getmişdim. Məhkəmədən çıxandan sonra həmkarlarla piyada metrostansiyaya tərəf getməyə başladıq. Yolda diqqətimi bir mənzərə çəkdi.

Hasara alınmış yaşıllığın ətrafına böyük hərflərlə “Parkda abadlıq işləri aparılır. Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmışdı.

Həmin mənzərəni telefonla çəkərək feysbuk hesabımda paylaşdım. Qeyd olaraq da yazmışdım ki, abadlığın sonunu gözləyək. Yolda həmkarlarla söhbət edən zaman da bu “abadlığın” sonunun yaxşı olmayacağı barədə həmfikir olmuşduq. Elə də oldu...

İllər keçdi, yaşıllıq ərazi “abadlşadı”, amma insanlar üçün yox, sahibkar üçün. Yaşıllıq ərazi “abadlaşıb”, park yox, restoran oldu. Yəqin ki, “parkda abadlıq işləri aparılır” deyəndə elə o vaxtdan restoranın adını- “Sherlock Park”ı nəzərdə tuturmuşlar. Amma bizim nəzərdə tutuduğumuz park, bu park deyildi...

Aydın məsələdir ki, illərdir Bakıda icra hakimiyyətlərinin, dövlət qurumlarının, sahibkarların danışdığı ən böyük yalanlardan biri budur: “Abadlıq işləri gedir. Narahatçılığa görə üzr istəyirik...”

Amma sonda baxırsan ki, üzrləri qəbahətlərindən böyükdür... Amma bu mənzərə bizləri narazı salsa da, məmurları və sahibkarları razı salır...

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 17

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930