“Bulvar işi”: rəis 12 milyon talamada ittiham olunur
(Bu gün, 16:00)
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digər şəxslərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
dovrunnabzi.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Əziz Mustafayev, Fuad Babayev və Rəşad Bədəlovun cinayət işi üzrə hazırlıq iclası baş tutub.
İclas zamanı təqsirləndirilən şəxslərin müdafiə tərəfi müxtəlif vəsatətlərlə çıxış edib.
İlqar Mustafayevin vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, eyni zamanda proses zamanı təqsirləndirilən şəxsin şüşə kabinədə deyil, müdafiəçisinin yanında əyləşməsinə icazə verilməsini xahiş ediblər.
Müdafiəçilər əlavə olaraq bildiriblər ki, Mustafayevin səhhətində problem yoxdur və o, Prezident tərəfindən təltif olunmuş şəxsdir, yəni istintaqdan yayına bilməz.
Fuad Babayevin müdafiə tərəfi vəsatətlə çıxış edərək onun və həyat yoldaşının adına olan, hadisələrlə əlaqəsi olmayan əmlakların, o cümlədən 20 milyon dəyərində torpağın və “Kia Sportage” markalı nəqliyyat vasitəsinin sübutlar siyahısından çıxarılmasını istəyib.
Rəşad Bədəlovun vəkili isə cinayət işində əksini tapan bəzi maddələrin xitam olunması barədə vəsatət təqdim edib.
İclasda çıxış edən İlqar Mustafayev bildirib ki, artıq 18 aydır özünü müdafiə edə bilmir. Onun sözlərinə görə, əvvəlcə Hesablama Palatasının 8 ay davam edən yoxlaması zamanı 5 milyon manatlıq mənimsəməyə dair irad bildirilsə də, sonradan bu məbləğ 3 milyon manata endirilib. O qeyd edib ki, istintaqa əməkdaşlıq etməyə hazır olduğunu desə də, ona qarşı rəsmi sübut təqdim olunmayıb.
Məhkəmə müşavirəyə gedərək vəsatətlər üzrə qərar qəbul edib.
Müşavirənin nəticəsinə əsasən, vəsatətlərin əksəriyyəti təmin edilməyib. Yalnız İlqar Mustafayevin vəkilinin yanında əyləşməsi ilə bağlı vəsatət təmin olunub. İş üzrə zərərçəkmiş tərəfin nümayəndəsi qismində Tural Nəsibov iştirak edib.
Məhkəmənin baxış iclası iyulun 28-nə təyin olunub.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılmış audit yoxlaması nəticəsində toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim olunmuş və həmin materiallar əsasında cinayət işi başlanılıb.
İbtidai istintaq zamanı İlqar Mustafayevin vəzifədə olduğu müddətdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digər şəxslərlə cinayət əlaqəsinə girərək, rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə Dənizkənarı Bulvar ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyəti, gəmi gəzintilərindən əldə olunan gəlirlər daxil olmaqla ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan əlavə, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergi öhdəliyindən yayınması və cinayət yolu ilə əldə olunmuş 10 milyon manatdan artıq vəsaiti müxtəlif əmlaklar əldə etməklə leqallaşdırmasına dair əsaslı şübhələr mövcuddur.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələrlə ittiham elan olunub.
İlqar Mustafayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Fuad Babayev və Rəşad Bədəlov isə istintaq müddətində polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə azadlıqda qalıblar.
Cinayət işi üzrə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlaka həbs qoyulub. Bununla yanaşı, cinayətin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı materiallar ayrıca icraata ayrılaraq istintaq davam etdirilir.

Ana səhifəyə qayıt
Oxunub: 1
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar