310 sərnişinin öldüyü təyyarə qəzasından yeni xəbər - BUNA GÖRƏ OLUBMUŞ
(Dünən, 13:00)
Düz bir ay əvvəl Hindistanın Əhmədabad şəhərində baş vermiş dəhşətli təyyarə qəzası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
dovrunnabzi.az-ın məlumatına görə, Hindistanın Əhmədabad şəhərindən Londona uçan “Air India” şirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsi uçuşdan qısa müddət sonra yaşayış məhəlləsinə düşərək 310-dan çox insanın həyatına son qoymuşdu. Təyyarədə 242 nəfər olub, hadisə nəticəsində həm sərnişinlər, həm də yerüstü sakinlər həlak olmuşdu.
Hadisəni araşdıran müstəntiqlərin son hesabatında bildirilir ki, qəzanın səbəbi uçuşdan dərhal sonra təyyarənin yanacaq verilişi açarlarının söndürülməsi olub. Bu, mühərriklərin gücünü tamamilə itirməsinə və təyyarənin idarəolunmaz vəziyyətdə yerə çırpılmasına gətirib çıxarıb.
Kokpit qeydiyyatlarında pilotlardan birinin digərinə: “Niyə açarları söndürdün?” – deyə soruşduğu, digərinin isə “Mən etməmişəm” – deyə cavab verdiyi məlum olub. Qeyd edək ki, hər iki pilot kifayət qədər təcrübəli olub – onlardan biri 15.000 saatdan çox, digəri isə 3.000 saatdan çox uçuş təcrübəsinə malikdir.
Hazırda istintaq bu faciənin insan səhvi ilə yanaşı, mümkün texniki anlaşılmazlıq səbəbindən baş verdiyini ehtimal edir. İstintaq davam edir.

Ana səhifəyə qayıt
Oxunub: 2
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar