Bakı simvolları “yeməli oldu” - Qız qalası suşi oldu, Xəzər isə plov - FOTOLAR
(11-07-2025, 13:00)


 Süni intellekt texnologiyaları bu dəfə Bakının simvolik abidələrini və tikililərini “mədəni şəkildə dadlandırıb”.
dovrunnabzi.az xəbər verir ki, yayılmış maraqlı görüntülərdə şəhərin tanınmış memarlıq obyektləri milli və xarici mətbəxin məşhur yeməklərinə çevrilib.

Belə ki, Qız qalası indi artıq daşdan yox, suşi ilə “tikilib”.

Bakının əsas vizual rəmzlərindən olan Alov qüllələri isə indi yarpaq dolması şəklində təqdim olunur. Xəzər dənizi də plova çevrilib. Sahil boyu uzanan düyü dənələri, üzərinə səpələnmiş qaysı və kişmişlərlə klassik Azərbaycan plovunu xatırladır.

Ən kreativ görüntülərdən biri isə Xalça Muzeyinə aiddir – o, lavaşla sarınmış dönər formasında təqdim olunub.

Bundan əlavə, süni zəka vasitəsilə Kristal zalı paxlavalardan, "Şeytan çarxı" kabablardan, "Crescen Mall"un binası isə kruassandan hazırlanıb.

Fotoları dizayner Ravil Aslanov ərsəyə gətirib.





шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930