“Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki...”
(10-07-2025, 10:00)

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən görüş ətrafında ən müxtəlif fikirlər səslənir, ehtimallar irəli sürülür. Xüsusilə, Dubay görüşünün əvvəlkilərə nisbətən daha uzun çəkməsi diqqətləri özünə cəmləyib.
dovrunnabzi.az-ın xəbərinə görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-Ermənistan arasında sülhün açarını Ermənistan konstitusiyasında görür:
“Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki, liderlər və heyətlər sülh sazişinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına əngəl olan ən mürəkkəb məsələləri geniş şəkildə müzakirə ediblər. Görüşdən sonra yayımlanan açıqlama və xəbərlər də göstərir ki, tərəflər A-dan Z-yə bütün məsələləri müzakirə ediblər.

Görüşün yekunu olaraq hər hansı sənədin imzalanmaması və ya ortaq bəyanatın qəbul edilməməsi narahatlığa əsas vermir. Dialoq genişlənib. Önəmli olan budur. Bütün hallarda Nikol Paşinyan konstitusiya dəyişikliyini ləngitməməlidir, sülhün açarı bundadır”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 11

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930