İmişlidə məktəblilərin öldüyü qəza zamanı xuliqanlıq edən 19 nəfərə hökm oxundu
(4-07-2025, 11:30)
Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.dovrunnabzi.az xəbər verir ki, bu gün İmişli rayon Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması cəzaları təyin olunub.
İş üzrə təqsirli bilinən Nazim Əliyev 1 il, Taleh Məmmədov 4 il, Ruslan Quliyev 2 il, Kənan Mejdunov 4 il, Rahib Rzayev 4 il, Sənan Əliyev, Elxan Əzimov, Abbas Bağırov hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Canpolad Əliyevə 1 il, Hüseyn Cabbarlıya 3 il, Elman İbrahimova 1 il, Vüqar Usubluya 2 il, Rahib Tağıyevə 3 il, Fərid Seyidzadəyə 3 il, Qoşqar Məmmədova 3 il, Eldar Ağazadəyə 1 il, Elnur Babayevə 2 il, Rasif Babayevə 4 il, Şamil Səfərova 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Nazim Əliyevə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunub.
Ana səhifəyə qayıt
Oxunub: 54
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər






