İlham Əliyevlə Paşinyanın görüşü GÖZLƏNİLİR
(3-07-2025, 10:30)

 Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.
dovrunnabzi.az xəbəri yayıldı ki, bu barədə "Middle East Eye" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Görüşün iyulun sonunda Dubayda keçiriləcəyi bildirilib. Liderlərin görüşü zamanı sülh sazişi layihəsi ilə bağlı müzakirə ediləcəyi qeyd olunur.
Mənbələrin sözlərinə görə, BƏƏ iki ölkənin liderinin görüşünə ev sahibliyi etmək niyyətindədir. İyunun 25-də BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Xatırladaq ki, İlham Əliyevlə Paşinyan sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində görüşüblər.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 3

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031