Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölüm SƏBƏBİ
(2-07-2025, 14:30)

dovrunnabzi.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluqda keçirilən brifinqdə deyib.
O qeyd edib ki, artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov tərəfindən ekspertizanın nəticələri açıqlanıb:
"Hər iki şəxsin meyitinin daxili və xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər, sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkar edilib. Bu da həmin şəxslərin saxlanılma və daşınması zamanı geniş şəkildə fiziki zorakılığa məruz qaldığını bir daha təsdiq edir. Ekspertizanın rəyinə əsasən, Səfərov qardaşlarının hər biri postravmatik və posthemorrogik şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər nəticəsində baş verib”.
Ana səhifəyə qayıt
Oxunub: 1
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar