Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR
(1-07-2025, 09:30)

dovrunnabzi.az AZTV-yə istinadən xəbər verir ki, Rusiyada daha bir insident qeydə alınıb. Sverdlovsk vilayətində “Kрив ТВ” televiziya kanalının əməkdaşı Aleksey Kuzneçov “Nar Şərab” restoranında çalışan Telli adlı xanıma hücum edib.
Hadisə nəticəsində zərərçəkən qadın bədən xəsarətləri alıb. Məlumata görə, səhər saatlarında restoran bağlı olsa da, dörd nəfər şəxs obyektin yaxınlığına gələrək çəkiliş aparmağa və sonradan içəri daxil olmağa cəhd edib.
Restoranın əməkdaşı Telli xanım onlara restoranın hələ açılmadığını bildirdikdə, həmin şəxslər aqressiv reaksiya göstəriblər. Gözlənilmədən Aleksey Kuzneçov qadına yaxınlaşaraq onu yerə yıxıb və sürüməyə çalışıb.
Hadisə Rusiya Federasiyasının Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib. İnsident təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Ana səhifəyə qayıt
Oxunub: 4
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar