Rusiya ilə bağlı qərar verildi - Emin Ağalarov siyahını dəyişdi
(30-06-2025, 09:30)

Rusiya ilə bağlı qərar verildi - Emin Ağalarov siyahını dəyişdi

“DREAM FEST 2025” beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.
 
dovrunnabzi.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov instaqram hesabında paylaşım edib.
 
Onun sözlərinə görə, iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyinin açıqlaması ilə əlaqədar tədbirin proqramında dəyişikliklərin edilməsi planlaşdırılır:
 
“Birinci və üçüncü günlər üçün heyət faktiki olaraq dəyişməz qalacaq, təşkilatçılar isə ikinci və dördüncü günlər üçün yeni adlar hazırlayacaqlar. Dünyanın dörd bir yanından gələn ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq”.
 
Zəruri hallarda biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun olaraq mümkün olacaq.
 
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.
 
Onu da əlavə edək ki, festivalda bir sıra məşhur rusiyalı sənətçilərin iştirakı nəzərdə tutulurdu.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 17

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930