"Rusiya üçün azərbaycanlıları itirməyin bədəli ağır olacaq" - ŞOK TƏHLİL
(28-06-2025, 09:30)
dovrunnabzi.az bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçının fikrincə, hazırda Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir:
"Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin maliyyə yükü, yəni ailələrə verilən müavinət və təşviqlər 10 000 - 22 500 ABŞ dolları arasında dəyişir.
Əgər miqrantlara münasibət dəyişməzsə, bu cür davam edərsə, Rusiya bugünkü doğum stimullarını sabah itirilmiş nəsillərin xərci ilə ödəməli olacaq. Amma miqrantların yoxluğu şəraitində uşaq başına 100 min dollar vəd edilsə belə effect olmayacaq.
Azərbaycan isə bu prosesi yalnız müşahidə etməklə kifayətlənməməlidir. Əksinə, Rusiyadan qayıdan vətəndaşlarımızın burada iş qurması, sahibkarlıqla məşğul olması üçün imkanlar genişləndirilməlidir".
Ana səhifəyə qayıt
Oxunub: 6
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar