Özbəkistanda saxlanılan şəxslər dərhal müayinə ediləcək
(27-06-2025, 16:00)

Özbəkistanda şübhəli şəxs qismində saxlanılan şəxsləri zorakılıq və işgəncələrdən qorumaq üçün yeni qaydalar qəbul edilib: indi onların hər biri - istintaq təcridxanasına gəldikdən dərhal sonra həkimlər tərəfindən müayinədən keçirilməlidir.
dovrunnabzi.az yerli mediaya istinadla xəbər verir ki, tibbi müayinə bilavasitə istintaq təcridxanasında - məhbus gətirilldikdən sonra iki saatdan gec olmayaraq aparılmalıdır. Onun əsas məqsədi hər hansı bədən xəsarətlərini, zorakılıq və ya işgəncə əlamətlərini müəyyən etməkdir.
Saxlanılan şəxs razılaşarsa, onun vəkili də müayinədə iştirak edə bilər.
Müayinənin nəticələrinə əsasən xüsusi blankda rəsmi tibbi rəy veriləcək.
Həkimlər xəsarət aşkar edərsə, bu məlumat işgəncə və ya qanunsuz zorakılığın gizlədilməsinin qarşısını almaq üçün dərhal prokurora ötürüləcək .
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930