“Ayağı ilə təpikləyirdi, planşetlə vururdu” - Ana azyaşlı qızına işgəncə verdi
(27-06-2025, 12:30)
Türkiyənin Konya vilayətində 1,5 yaşlı qızının bədənində göyərmələr və zədələr görən ata keçmiş həyat yoldaşı B.Ş.-ni zorakılıqda ittiham edərək prokurorluğa müraciət edib.
dovrunnabzi.az xəbər verir ki, iddialara görə, ana uşağı döyüb, planşetlə vurub və zədələri tonal kremlə gizlədib.
Həmçinin onun uşağa yuxu dərmanı verdiyi də iddia olunur.
İstintaq çərçivəsində uşağın baxıcısı F.B. məhkəmədə bildirib ki, ananın uşağa zorakılıq etdiyinə dəfələrlə şahid olub.
“Ayağı ilə təpikləyirdi, şillə vururdu, yastıq atırdı, təhqir edirdi. Dərman verdiyini özü deyirdi”,-deyə baxıcı ifadəsində bildirib.
Ana B.Ş. ittihamları rədd edərək bildirib ki, uşaq hiperaktiv olduğu üçün zədələr alıb.
Hazırda ana B.Ş. haqqında “xəsarət yetirmə” və “ailə vəzifələrinə laqeydlik” ittihamları ilə ümumilikdə 2 ilə qədər həbs cəzası tələb olunur. Uşağın qəyyumluğu müvəqqəti olaraq ataya verilib.
Məhkəmə prosesi davam edir.

Ana səhifəyə qayıt
Oxunub: 4
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar