Xəzər dənizində yeni TƏHLÜKƏ – ilanlar zərərsizdir?
(12-06-2025, 13:30)

Artıq yay öz nəfəsini hiss etdirir. Çimərlik mövsümünün açılmasına sayılı günlər qalsa da, amma bu, hazırda dənizə gedənlərin olduğu istisna etmir.
dovrunnabzi.az xəbər verir ki, sosial şəbəkələrdə Xəzər dənizində ilan olması ilə bağlı video yayılıb. Videoda ilanın sahilə kənar müşahidə olunması insanları qorxuya salıb.
Bəs Xəzərdə ilan ola bilər?
Məsələ ilə bağlı Milli.Az-a ekoloq Rövşən Abbasov açıqlama verərək bildirib ki, video reallığı əks etdirə bilər:
"Xəzərdə ilanın görülməsi ilk dəfə deyil. Ola bilsin ki, su ilanlarıdır. Onlar suda quruda yaşayır, adətən kolluq ərazi olan sahillərdə yumurtalar qoyurlar".
Bəs bu ilanlar insan sağlamlığı üçün təhlükəlidir?
Ekoloq bildirib ki, onların hər hansı zərəri və zəhəri yoxdur. Bu halda təhlükəli ola bilər ki, o insanı dişləsə hər hansı zədə qalsın, amma zəhərli hesab edilmirlər.
Qeyd edək ki, bu ilanlar adətən Zirə, Novxanı, Corat ərazilərində rast gəlinə bilər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 15

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930