Polşada prezident seçkiləri: müxalif namizəd qalib gəldi
(2-06-2025, 17:30)

Polşada prezident seçkiləri: müxalif namizəd qalib gəldi

Polşada ötən gün keçirilən prezident seçkilərində istifadə edilən bülletenlərin 99.8 faizi sayılıb.
dovrunnabzi.az-ın məlumatına görə, müxalif Hüquq və Ədalət partiyasından prezidentliyə namizədi Karol Navroçki seçkilərin qalibi olub.
Məlumata görə, Navroçki 50,9 faiz, hakim Vətəndaş Koalisiyasının namizədi Varşava meri Rafal Trzaskovski isə 49,1 faiz səs toplayıb. Bülletenlərin 99,93%-i işləndikdən sonra vəziyyət dəyişməz qalıb.
Polşada prezident seçkilərinin ikinci turunda səsvermə iyunun 1-də keçirilib. Seçicilərin 72,8%-i iştirak edib. Dövlət Seçki Komissiyası rəsmi nəticələri iyunun 2-də elan edəcək.
Mayın 19-da keçirilən prezident seçkilərinin birinci turunda Rafal Trzaskovski 31,36%, Karol Navrocki isə 29,54% səs toplayıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930