Azərbaycanın qazandığı Zəfər sadəcə bir dövlətin uğuru deyil
(29-05-2025, 12:00)

Azərbaycanın qazandığı Zəfər sadəcə bir dövlətin uğuru deyil

28 May – Müstəqillik Günündə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə birlikdə Laçında iştirak etdiyi Zirvə görüşü yalnız Azərbaycan üçün deyil, region və İslam dünyası üçün də strateji əhəmiyyət daşıyır."
 
Bu sözləri dovrunnabzi.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.
 
Millət vəkili bildirib ki, bu möhtəşəm birlik Azərbaycanın müstəqillik tarixinin təməlini qoyan Xalq Cümhuriyyətinin ideallarının bu gün tam reallaşdığını nümayiş etdirir:

"Laçından dünyaya yayılan bu güclü siyasi və mənəvi mesaj, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün qardaşlıqdan strateji ittifaqa çevrildiyini göstərir.
Laçın zirvəsi bir daha təsdiqlədi ki, tarixi ədalətsizliklərlə, işğal və soyqırımla üz-üzə qalan Azərbaycan xalqı haqlı mövqeyində tək deyil və olmayacaq. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, bu gün də qardaş ölkələrin siyasi dəstəyi və mənəvi həmrəyliyi Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edir.
Laçın şəhərinin ev sahibliyi etdiyi tədbir isə böyük rəmzi anlam daşıyır. Vaxtilə 30 il işğal altında qalan bu şəhərdə indi beynəlxalq səviyyəli zirvə keçirilir. Bu isə təkcə qələbənin deyil, həm də ədalətin, əzmin və milli həmrəyliyin təntənəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı heç zaman işğalla barışmadı, dövlət gücünü topladı, beynəlxalq hüququn yanında mövqe tutdu və ən əsası isə vətənpərvər, milli ruhda böyüyən gənc nəslin sayəsində öz ərazi bütövlüyünü bərpa etdi."

Deputat qeyd edib ki, Azərbaycanın qazandığı Zəfər sadəcə bir dövlətin uğuru deyil:
"Bu, regionda yeni geosiyasi reallığın əsas sütununa çevrilib. Şuşadan başlanan zəfər yolu Laçına, ordan isə bütün dünyaya qardaşlıq, güc və sabitlik mesajı verir. Bu baxımdan, Prezident İlham Əliyevin “Biz artıq dörd ildən çoxdur ki, müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq” fikri müasir Azərbaycanın ruhunu ifadə edir.
Bu birlik, Azərbaycan-Türkiyə-Pakistan tandemi, sadəcə regional əməkdaşlıq formatı deyil, həm də qlobal miqyasda müsəlman həmrəyliyinin, ədalət və inkişaf ideallarının daşıyıcısıdır. Üç ölkənin liderlərinin azad edilmiş torpaqlarda bir araya gəlməsi təkcə dostluğun təsdiqi yox, həm də mühüm siyasi mesajdır: bu bölgənin sahibləri qayıdıb və bu torpaqlarda sülh, inkişaf və qardaşlıq hökm sürəcək."
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 14

Xəbər lenti