Yeni yaradılan ixtisasda neçə nəfər təhsil alacaq? - Nazir müavini CAVABLADI
(26-05-2025, 17:00)

Yeni yaradılan ixtisasda neçə nəfər təhsil alacaq? - Nazir müavini CAVABLADI

“Ümumi tələbə qəbulu yerlərinin təxminən 25%-ni texniki və texnoloji ixtisas qrupu üzrə ayrılan ixtisaslar təşkil edir”.
dovrunnabzi.az xəbər verir ki, bu sözləri “Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, hər il bu ixtisas qrupu üzrə tələbə qəbulu yerlərinin sayı artır. 20 minə yaxın tələbə növbəti ildə bu ixtisas qrupu üzrə təhsil alacaq.
“Bütün ölkələr üzrə göstəriciləri nəzərə alsaq, ali təhsilin bakalavriat səviyyəsində təxminən 153, magistratura səviyyəsində isə 129 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir”.
Nazir müavini bu il ilk dəfə olaraq ali təhsilin bakalavriat səviyyəsində “Data analitikası” ixtisası üzrə tələbə qəbulunun aparılacağını açıqlayıb. Onun sözlərinə görə, növbəti ildə təxminən 120 tələbə bu ixtisas üzrə təhsil alma imkanı əldə edəcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930