Tələbə olmaq üçün müraciətlərin sayı 130 mini ötüb - DİM sədri
(23-05-2025, 14:00)

Tələbə olmaq üçün müraciətlərin sayı 130 mini ötüb - DİM sədri

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır.
dovrunnabzi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var:
“Bu, ilk növbədə 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Builki buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 17

Xəbər lenti