Sumqayıtda 750 abonentin qazı KƏSİLƏCƏK
(22-05-2025, 17:00)

Sumqayıtda 750 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıt şəhərində 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.
 
Bu barədə dovrunnabzi.az-a “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
 
Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 17

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930