Ermənilərin oğurladığı 4 mahnı Youtube-dən silindi
(22-05-2025, 15:00)

Ermənilərin oğurladığı 4 mahnı Youtube-dən silindi

Erməni qarmon ifaçısı Gagik Stepanyan “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” və “Güman yeri var” Azərbaycan mahnılarının müsiqilərini popuri şəklində qarmonda ifa edərək erməni mahnısı kimi təqdim edib və //www.youtube.com/watch?v=pJ94cvEIymw səhifəsində yerləşdirib.

Bu barədə dovrunnabzi.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, G.Stepanyan həmin mahnıların adlarını və onların müəlliflərinin adlarını qeyd etməyib.
Qeyd edilən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə erməni qarmon ifaçısı Gagik Stepanyan ifası Youtube-nin qeyd edilən səhifəsindən silinmişdir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 19

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930