Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq
(19-05-2025, 13:00)

dovrunnabzi.az bildirir ki, bu sözləri açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sürücüsüz idarə olunan avtomobillər barəsində danışarkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda avtopilot texnologiyasının tətbiqi prinsip etibarilə mümkündür və bunun qarşısında duran əsas maneə hüquqi çərçivənin yenilənməməsidir:
"Sadəcə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Onsuz da gec-tez bu sistem Azərbaycanda da olacaq. Yaxın gələcəkdə Bakı şəhərində sürücüsüz avtomobillərin hərəkətini görə biləcəyik".
Eldəniz Cəfərov əlavə edib ki, dünyada bu texnologiya artıq geniş tətbiq olunur və sürücüsüz avtomobillər əsasən taksi xidmətlərində və yükdaşımalarda istifadə edilir:
"Avropa Birliyinin bir sıra ölkələrində, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində bu texnologiya artıq tətbiq edilir. Azərbaycanda da bu sistemin tətbiqi realdır və mümkündür. Hətta deyərdim ki, bu gedişlə gələcəkdə insanlar avtomobil sahibi olacaqlar, amma avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac qalmayacaq. Çünki avtomobillər tamamilə pilotsuz olacaq".
Ana səhifəyə qayıt
Oxunub: 18
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar