Kənarda dini təhsilə məcbur edilənlər insan alveri qurbanıdır - Fazil Mustafa
(16-05-2025, 15:00)
dovrunnabzi.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməlidir: “Onları dövlət müəssisələrinə yerləşdirmək lazımdır”.
F. Mustafa vurğulayıb ki, qanunvericilikdə dəyişiklik edilib, Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə almaq vacibdir: “Çünki din təhsili dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bunlardan kənarda dini təhsilə cəlb edilmə qanunsuzdur”.
Ana səhifəyə qayıt
Oxunub: 30
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər