Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət
(16-05-2025, 13:00)

Bunlara əməl edin! - DYP-dən sürücülərə müraciət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması ilə bağlı müraciət edib.
İdarədən dovrunnabzi.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Yollarda sürət həddinin aşılması nəinki bir qanun pozuntusu, eyni zamanda insan həyatına yönəlmiş təhlükədir. Hər il ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranış nəticəsində neçə-neçə valideyn övladını, ailələr sevdiklərini itirirlər. Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər. Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, qarşı tərəfdəki günahsız insanların həyatını təhlükəyə atmaq deməkdir. Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil - insan həyatının sərhədidir!"
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:
-Qanunla müəyyən olunmuş sürət həddinə əməl edin.
-Yol və hava şəraitinə uyğun hərəkət edin.
Unutmayın ki, bir anlıq məsuliyyətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər!
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031