Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru işdən çıxardı
(13-05-2025, 10:00)

Saleh Məmmədov polisin nəzarəti altında olan direktoru işdən çıxardı


"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.
 
dovrunnabzi.az  xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov əmr imzalayıb.
 
MMC-nin baş mühasibi Səmayıl Ramazanov quruma direktor əvəzi təyin edilib.
 
Qeyd edək ki, "8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çox sayda ağacın rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi açılıb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 12

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031