“Onlar həbs olunacaq” - Simonyan AÇIQLADI
(8-05-2025, 13:00)

 
“Bəli, başlanmış cinayət işləri var və Ermənistanın baş prokuroru konkret şəxslər üçün gələcək. Onlar cəzalandırılacaqlar, bu, sadəcə zaman məsələsidir – onlar həbs olunacaq, həbsxanaya göndəriləcəklər”.
dovrunnabzi.az  xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, bu, 2008-ci ildə İrəvana qoşun yeridən, sakinlərə və ermənilərə atəş açan, daha sonra isə bu cinayətləri ört-basdır edən şəxslərə aiddir.
Simonyan əlavə edib ki, Ermənistanın ikinci və üçüncü prezidentlərinin hakimiyyəti dövründə çoxsaylı cinayətlər törədilib, seçkilər saxtalaşdırılıb, insanlar öldürülüb, siyasi qətllər baş verib, dövlət əmlakı oğurlanıb, özəlləşdirilib və digər ölkələrə hədiyyə olunub.
“İrandan gələn tranzit qaz kəmərini daraldıb kiçik boruya çevirdilər, sonra isə Serj Sərkisyan onu “ArmRosGazprom” şirkətinə, daha sonra tamamilə başqa bir ölkəyə verdi. Mən demirəm ki, bu ölkə pisdir – əksinə, çox yaxşı ölkədir və öz maraqlarını müdafiə edir. Bu, onların siyasi işidir. Bizim siyasi rüsvayçılığımız isə ondadır ki, bu insanlar siyasi meydanda real müxalifətin formalaşmasına imkan vermirlər və hələ də həbsdə deyillər”, - deyə Alen Simonyan vurğulayıb.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 12

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031