Jurnalistlər mükafatlandırılacaq, yeni təqaüdlər təyin olunacaq - AÇIQLAMA
(7-05-2025, 11:00)
Mətbuat Şurasının sədri Rəşad Məcid dovrunnabzi.az-a müsahibəsində bildirib ki, medianın 150 illiyinin qeyd edilməsi ilə bağlı bu qurumun İdarə Heyətində artıq bir müzakirə keçirilib:
"Yəqin ki, bir neçə dəfə də müzakirələrimiz olacaq və Medianın İnkişafı Agentliyi ilə birlikdə müəyyən təkliflər hazırlayacağıq. Bu sahədə ideya verənlər çoxdur, amma mənim əsas təklifim mətbuatla bağlı muzeyin yaradılması olub. Keçən il Türkiyəyə səfərimiz zamanı Elazığın Xarput şəhərində mətbuat muzeyinin olduğunu gördük, bir neçə il əvvəl yaradılmış muzeyi gəzdik. Düzü, heyrət etdim, bildirdilər ki, bu Türkiyədə 6-cı belə muzeydir. Bununla bağlı təkliflərimi yazmışam",- deyə o, vurğulayıb.
Rəşad Məcid onu da qeyd edib ki, Şuranın İdarə Heyətinin üzvləri bir sıra başqa təkliflər də irəli sürüblər:
“Eləcə də jurnalistlərə subsidiyaların verilməsi, media subyektlərinin sosial ödəmələri ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda, jurnalistlər az maaş aldığı kimi, təqaüdə çıxanda da pensiyaları çox aşağı olur. Cənab Prezidentin 2007-ci ildə imzaladığı sərəncama görə, gənc və yaşlı yazıçı, bəstəkar, rəssamlara birillik təqaüdlərin verilməsi təmin olunub. Mətbuat Şurasının İdarə Heyətinin bir neçə üzvü müraciət edib ki, hökumət qarşısında belə məsələləri qaldıraq və Azərbaycanın ahıl jurnalistlərinə də ayrıca təqaüd ayrılsın”.
“Təltiflərlə bağlı da çox böyük arzular var. Düzdür, biz hesab edirik ki, 150 illiklə bağlı medalı əksəriyyətə vermək lazımdır, amma eyni zamanda, xidməti olan jurnalistlərin də mükafatlandırılması bizim arzumuzdur”- deyə sonda R.Məcid qeyd edib.
Ana səhifəyə qayıt
Oxunub: 12
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar