Kredit götürüb ödəyə bilməyənlərlə bağlı VACİB XƏBƏR
(6-05-2025, 17:30)
Bəs bu təklif bütün növ krediti olanlara şamil edilə bilərmi?
Deputat Vüqar Bayramov diqqətə çatdırıb ki, mövcud qaydalara əsasən bu proses krediti olanlara deyil, kiredit alıb ödəyə bilməyənlərlə bağlıdır:
“Yəni vətəndaşın krediti varsa, vaxtı-vaxtında ödəyirsə, onun ölkədən çıxışı ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Təklifimiz ondan ibarətdir ki, kredit götürüb ödəyə bilməyən vətəndaşlarımıza minimumlar müəyyənləşsin.
Əgər vətəndaşın kredit götürüb amma onun minimum əməkhaqqıdan az olan hissəsi qədər borcu qalıbsa, ödəyə bilmirsə, bu halda onun ölkədən çıxışına məhdudiyyət tətbiq olunmasın. Təklif edirik ki, bu məhdudiyyətlər aradan götürülsün”, - deyə Vüqar Bayramov diqqətə çatdırıb.
Ana səhifəyə qayıt
Oxunub: 38
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar